“Immunitet” sözü, latın dilindә “immunitas” sözündәn götürülmüşdür. Immunitet orqanizmi xәstәliklәrdәn qoruyan müdafiә sistemidir. İmmun sistemin normal fәaliyyәti zamanı orqanizmi viruslar, bakteriyalar, göbәlәk vә parazitlәr kimi patogen mikroorqanizmlәrdәn qoruyur. İmmun sistem hәmçinin allergenlәrdәn, xәrçәng hüceyrәlәrindәn vә ölmüş hüceyrәlәrdәn qoruyur. İmmun sistem quruluşca çox mürәkkәbdir vә onun әsas vәzifәsi daxili stabilliyi vә orqanizmi yad cisimlәrdәn qorumaqdır.
İmmun sistem orqanizmi xarici agentlәrdәn qoruyan hüceyrә vә orqanlardan ibarәtdir. İmmun sistemin orqanları bütün orqanizm boyu yerlәşir vә sinir, ürәk-damar, sümük vә әzәlә sistemi ilә birlikdә orqanizmin vahid funksional sistemini tәşkil edir. İmmun sistemi qarşılıqlı fәaliyyәt göstәrәn mürәkkәb sistemdәn ibarәtdir. Immun sistemin yad cisimlәrlә qarşılıqlı tәsiri nәticәsindә kimyәvi maddәlәr ifraz etmәyә başlayır. Mәhz bu maddәlәr hüceyrәlәrin inkişafı vә proliferasiyasını, digәr hüceyrәlәrin isә zәdәlәnmiş ocağa yönlәndirilmәsini tәmin edir. Əgәr immun sistem zәdәlәnmiş vә ya zәiflәmişsә onda, orqanizm xәstәliklәrә qarşı daha da hәssaslaşır. Zәiflәmiş immunitetin nәticәsindә tez-tez xәstәlәnmә halları, qrip, allergiya, artrit, xәrçәng kimi xәstәliklәr yaranır.
Bizim immun sistem anadangәlmә vә qazanılma olmaqla 2 әsas hissәdәn ibarәtdir.
Anadangәlmә immunitet orqanizmin ilk müdafiә sistemidir. Genetik tәyin olunur vә tәbii, qeyri – spesifik olur. Anadan olan gündәn anadangәlmә immunitet bizi xarici mühitin zәrәrli amillәrinden vә patogen mikroorqanizmlәrdәn qoruyur. Anadangәlmә immunitetin hüceyrәlәri qan vasitәsilә yad mikroorqanizmlәrin orqanizmә daxil olması riski çox olan nahiyәlәrә gәtirilir. Belәliklә dә, dәri vә selikli qişalar yad mikroorqanizmlәrin orqanizmә daxil olmasını әngәllәyәn ilk baryer rolunu oynayır.
Qazanılma immunitet: spesifik immunitet olub, orqanizmin ikincili müdafiәsini tәşkil edir. Bu immunitet orqanizmin xarici faktorlarla, tәbii immunitet tәrәfindәn mәhv edilmәmiş bakteriyalarla tәması nәticәsindә yaranır. Qazanılma immunitet mürәkkәb sistem vә hüceyrәlәrin iştirakı ilә yaranan anticimlәrlә hәyata keçirilir.
Qazanılma immunitet birbaşa antigenlә tәmasdan sonra deyil, müәyyәn vaxtdan sonra yaranır. Patogenlә kontakt vә sonradan yaranan immunitet arasındakı zaman müvafiq hüceyrәlәrin әmәlә gәlmәsi, differensasiyası vә anticisimlәrin әmәlә gәlmәsinә sәrf edilir.